Belçika səfirliyi: Naxçıvana hücumu qətiyyətlə pisləyirik

Belçikanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən hücumlarla bağlı ölkəmizə tam həmrəy olduğunu bildirib.

Bu barədə Gununsesi.info-ya Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, mülki şəxslərin həyatını təhlükəyə atan, Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını pozan bu hücumlar qətiyyətlə pislənilib, xəsarət alanların tezliklə sağalması arzulanıb.

Gununsesi.info