Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

  • By Ayshan
  • 15 Dekabr 2025 22:16

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. 

Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən Eyyubov Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

Gununsesi.info