Britaniyanın yeni XİN başçısı Kiyevdə - FOTO

Böyük Britaniyanın yeni xarici işlər naziri İvett Kuper Ukraynaya səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün X platformasında paylaşım edib.

Nazir qeyd edib ki, qonağa Ukraynaya “şəxsi və Böyük Britaniyanın dəyişməz dəstəyini yüksək qiymətləndirdiyimizi bildirdim”.

Sibiqa həmçinin, gündəlikdə olan bütün ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən sülh təşəbbüsləri, Rusiyaya qarşı transatlantik təzyiqləri və Ukrayna ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkərini vurğulayıb.

Gununsesi.info