Lukaşenko siyasi məhbusları azad edir, Belarusa qarşı sanksiyalar götürülür

Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ prezidentinin nümayəndəsi Con Koul respublikada siyasi məhbusların azad edilməsi məsələsini müzakirə ediblər.

Gununsesi.info -nun xəbərinə görə bu barədə “BelTA” məlumat yayıb.

“Bu yaxınlarda Trampı dinləyəndə, çox güman ki, sizin təşəbbüsünüzlə başa düşdüm ki, o, özünün dediyi kimi, girovlar, siyasi məhbuslar və digər məsələlərlə bağlı çox narahatdır. Mən bunun əleyhinə deyiləm. Gəlin bu mövzunu qlobal miqyasda da müzakirə edək”, – Lukaşenko deyib.

Bundan əlavə, ABŞ Belarusun “Belavia” aviaşirkətinə tətbiq etdiyi sanksiyaları ləğv edib. ABŞ nümayəndəsi Con Koul bildirib ki, ABŞ Belarusla münasibətləri normallaşdırmağa çox həvəslidir.