Bu orqanların istintaq idarələri birləşdirilir - ÖZƏL

  • By admin
  • 17 Mart 2026 14:12

Yaxın zamanlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin  tabeçiliyində olan istintaq idarələri ləğv ediləcək.

Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, hər iki qurumun ləğv edilən istintaq idarələri  müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeçiliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Vergi Xidmətinin tabeçiliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti  fəaliyyət göstərir.

 

Günay Mahirqızı

Gununsesi.info