
“Azərbaycanda tənzimləyici qurumların bazar iştirakçısı funksiyasını daşıması sistemli risk yaradır.
Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir:
“Bu məsələni yalnız sahəvi qurumların deyil, hər birimizin, vətəndaşların və iqtisadi iştirakçıların, ekosistem kimi qəbul etməsi vacibdir. İqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır. Bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə bağlıdır. Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, əgər sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, bu, sistemli risklər yarada bilər”.