Ürək üçün faydalı 5 qida

Ürək sağlamlığı üçün qidalanma çox önəmlidir. Mütəxəssislər qırmızı rəngli qidaların ürəyə faydalarını vurğulayır.

Məsələn, qırmızı lobya lif və antioksidantlarla zəngin olub, damarların fəaliyyətini dəstəkləyir. Qırmızı şərab az miqdarda istifadə olunduqda ürək ritminə müsbət təsir göstərə bilər.

Albalı və çiyələk ürək əzələlərinin işləməsini və damar elastikliyini qorumağa kömək edir.

Pomidor isə tərkibindəki likopen sayəsində ürək xəstəlikləri riskini azaldır.

Beləliklə, gündəlik qidalanmaya qırmızı qidaları daxil etmək ürək sağlamlığını dəstəkləyən sadə və təsirli üsuldur.

 

 

 

Firuzə 

Gununsesi.info