Dəfn pulu necə alınır? – Hüquqşünasdan açıqlama

  • By Admin2
  • 28 Yanvar 2026 12:37

Bir insan vəfat etdiyi zaman bəzən ortaya müəyyən problemlər çıxır.

Belə ki, bu təbii hadisəylə qəfil qarşılaşan insan nə etdiyini bilmir, təbii olaraq da qanunla nələr olmalı olduğundan məlumatsız olur.

Bu isə özlüyündə problemlərə yol açır. 

Qanunvericiliklər dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi məsələsi var.

Maraqlıdır, dəfn üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

“Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün DOST mərkəzlərinə və Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrinə müraciət edilməlidir”.

Bu sözləri Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev deyib.

O bildirib ki, müraciət formaları şəxsən, nümayəndə vasitəsilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surətini təqdim etməklə olmalıdır.

Ancaq bir hal da var ki, o da dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina edilməyidir.

Bəs bu necə baş verir?

Hüquqşünas bildirir ki, dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət etdikdə imtina əsasları sənədlərin natamamlığı, müraciətin hüquqi əsasının olmamasıdır.

“Dəfn üçün birdəfəlik sosial müavinətin məbləği 500 manat təşkil edir. Dəfn üçün birdəfəlik müavinətin icrasını təmin etmək üçün 10 gün (müavinətin təyinatından imtina ediləcəyi halda 5 gün) müddət tələb olunur”,- deyə o qeyd edib.

Orxan
Gununsesi.info