Ekspert: Təl-Əviv Livan istiqamətində təzyiqi gücləndirir

  • By Admin2
  • 08 Aprel 2026 16:58

Netanyahu bildirib ki, ABŞ və İran atəşkəsi Livana aid deyil.

Məlumata görə, İsrail Beyrut, Bekaa vadisi və cənubda 100-ə yaxın hədəfi vurub.

Jozef Aun atəşkəsi müsbət qiymətləndirib və sabitlik səylərinin davam edəcəyini deyib.

İsrail eyni zamanda Hizbullaha qarşı əməliyyatları davam etdirir.

Beyrut qruplaşma ilə təkbaşına mübarizədə çətinlik çəkir və bəzən müdaxiləyə göz yumur, mülki itkilər narahatlıq yaradır.

Gununsesi.info-ya açıqlamasında Turan Rzayev bildirir ki, mövcud vəziyyət İsrail üçün taktiki üstünlük yaradır:

“Təl-Əviv İranla atəşkəs fonunda resurslarını Livan istiqamətinə yönəldərək “Hizbullah”a qarşı təzyiqi artırır. Bununla yanaşı, rəsmi Beyrutun zəif hərbi-siyasi mövqeyi ölkəni seçim qarşısında qoyur. Ya qruplaşmaya qarşı daha sərt addımlar atmaq, ya da İsrailin daha geniş müdaxiləsi və mümkün ərazi iddiaları riskini qəbul etmək. Bu isə yaxın perspektivdə İsrail–Livan xəttində gərginliyin daha da dərinləşəcəyini göstərir”,- deyə o, həmçinin qeyd edib.

Orxan

Gununsesi.info