1 ay bundan əvvəl Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Elxan İbrahimov bu gün tutduğu vəzifədən uzaqlaşdırılıb.
Gununsesi.info-nun əməkdaşı Elxan İbrahimovla əlaqə saxlayaraq, Prezidentin sərəncamını şərh etməsini istəyib.
Elxan İbrahimov əməkdaşımızın ” Yəqin ki, Prezidentin sərəncamı sizin üçün sürpriz oldu. Nə baş verdi” sualına belə cavab verib: “İndi nə deyim, bilmirəm ki… Sonra danışaq. İclasdayam. Yanımda adamlar var, bir azdan danışaq”.
Bu sözlərindən sonra sabiq başçı telefonun dəstəyini asıb.
Elmar












