Rusiyada güclü zəlzələ

  • By Admin08
  • 13 Sentyabr 2025 08:39

Kamçatkada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.

Vilayətin qubernatoru Vladimir Solodov bildirib ki, zəlzələlər regional paytaxtda 4-6 bal hiss olunub. Sunami təhlükəsi elan edilib:

“Xalaktırski çimərliyinə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olun”.

Gununsesi.info