Türkiyə regiondakı mövcud münaqişədən kənarda qalmağa qərarlıdır.
Gununsesi.info xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
Ərdoğan bildirib ki, ABŞ-İsrail-İran müharibəsindən dünyada 8 milyard insan əziyyət çəkir.
O həmçinin qeyd edib ki, terrorsuz Türkiyəni sarsıtmaq cəhdləri lazımi cavabı alacaq.
“Qarşılaşdığımız maneələrə baxmayaraq, 17 aydır böyük ehtiyatla apardığımız prosesi hədəfinə çatdıracağıq”.












