Evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info