Gürcüstanda meşə yanğını başlayıb - üç helikopter cəlb olunub

Gürcüstanın İmereti bölgəsində Xani kəndi yaxınlığında qarışıq meşə yamacında yanğın başlayıb.

Gununsesi.info -nun yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıqlar cəlb olunub. Əməliyyatda Dövlət Sərhəd Polisinin 3 helikopetri də iştirak edir.

Xidmətin məlumatına əsasən, ərazidə operativ qərargah yaradılıb və yanğının yaşayış məntəqələrinə yayılma təhlükəsi yoxdur.

 

Gununsesi.info