Noyabrın 11-də Türkiyədə prokuror İstanbulun həbsdə olan keçmiş meri Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası tələb edib. O, dövlətə milyardlarla lirə zərər vurduğu iddia edilən genişmiqyaslı korrupsiya şəbəkəsinə rəhbərlikdə suçlanır. “Reuters” xəbəri əldə etdiyi ittiham aktına əsasən yayıb.
İstanbul Baş Prokuroru Akın Gürlek mətbuat konfransında ittiham aktını açıqlayıb. Sənəddə 402 nəfərin, o cümlədən keçmiş merin adının yer aldığını, onların cinayətkar təşkilat yaratmaqda, rüşvət, dələduzluq və tender pozuntularında ittiham olunduğunu deyib. Gürlek bu şəbəkə 10 il ərzində Türkiyə dövlətinə 160 milyard lirə (təxminən 3,8 milyard dollar) zərər vurduğunu bildirib.
İmamoğlu ittihamları rədd edir. O, Ərdoğana siyasi rəqib olduğu üçün həbs edildiyini bəyan edib.
Dünyanın nüfuzlu qurumları Ərdoğan hökumətindən İmamoğluna azadlıq tələb edib.
Gununsesi.info













