Ukrayna bu neft bazasını vurdu

  • By Ayshan
  • 10 Noyabr 2025 20:14

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) 10 noyabr gecə saatlarında Krımda “Qvardeyskaya” neft bazasına zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə XƏQ-in Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, bazanın nasos stansiyası hədəf alınıb.

Qeyd edək ki, bu, sözügedən obyektə Ukraynanın ay ərzində 3-cü belə zərbəsidir.