İmişlidə kişi dəm qazından boğularaq ölüb

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info