İranın mühüm zabitləri öldürüldü

  • By Ayshan
  • 02 Noyabr 2025 09:17

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri öldürülüb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalına istinadən məlumat verir.

Qeyd olunub ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhəri yaxınlığında SEPAH-ın iki üzvü olan avtomobilə silahlı hücum edilib. Nəticədə hər iki şəxs – SEPAH-ın Bəsic təşkilatının iki üzvü: Məhəmmədrza Şahuzi və İsmail Şahuzi həlak olub.

Məlumata görə, hücum mühafizə olunan ərazidə patrul zamanı baş verib.

Gununsesi.info