KİV: Zelenski ABŞ rəsmiləri ilə danışıqlar aparıb

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ rəsmiləri ilə onlayn danışıqlar aparıb.

Bu barədə mənbələrə istinadən Gununsesi.info  məlumat yayıb.

Məlumata görə, danışıqlarda NATO-nun baş katibi Mark Rutte, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ senatoru Lindsi Qrem iştirak ediblər.

Danışıqların məzmunu barədə məlumat verilməyib.

Gununsesi.info