KTMT Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalıdır.
Gununsesi.info BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
KTMT-nin baş katibi Taatbek Masadikovla görüşündə deyib: “Bilirsiniz ki, Ermənistan KTMT-nin işini dəstəkləmir, lakin üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq. Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Çox mürəkkəb bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq”.












