Moskvada kütləvi dava: 40 nəfər saxlanıldı

Moskvadakı “Prokşino” yaşayış kompleksində baş verən davadan sonra 40 nəfərə yaxın şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.

İ.Volk əlavə edib ki, saxlanılanların cinayətdə iştirak edib-etmədikləri araşdırılır.

Qeyd edək ki, kütləvi davada park edilmiş bir neçə avtomobilə ziyan dəyib. Hazırda zərərin miqdarı müəyyənləşdirilir.

 

Gununsesi.info