İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana çox güclü iqtisadi və hərbi təzyiq göstərdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki videomüraciətində Trampla bu yaxınlarda telefon danışığı apardığını qeyd edərək bildirib.
O əlavə edib ki, analoji yanaşma Livana münasibətdə də tətbiq edilir. Onun sözlərinə görə, İsrail Livanla tarixi sülh prosesinə başlayıb, lakin radikal “Hizbullah” qruplaşması bunu pozmağa çalışır.
“Biz istənilən təhdidə qarşı tam fəaliyyət azadlığını qoruyub saxlayırıq. Dünən hücum etmişik və bu gün də hücum edirik. Biz İsrailin şimal sakinlərinin təhlükəsizliyini bərpa etməkdə qərarlıyıq”, – Netanyahu deyib.(report)











