Netanyahu Trampdan “yaşıl işıq” istəyir

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan Fələstin ərazilərinin ilhaqı üçün yaşıl işıq gözləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadla bildirir.

“İsrail rəsmiləri, Netanyahu hər hansı ilhaqlara davam etməzdən əvvəl Trampdan yaşıl işıq istəyir”, – məlumatda deyilir.

Qeyd edilir ki, sentyabr ayında Netanyahu ABŞ dövlət katibi Marko Rubioya Qüdsdəki görüşündə Fələstinlə bağlı müxtəlif ilhaq variantlarını nəzərdən keçirdiyini bildirib: “Bu, İordan çayının qərb sahilinin 60%-nin İsrail ərazisi elan edilməsi demək olardı”.

Məqalədə deyilir ki, eyni zamanda, Tramp administrasiyasının İsrailə belə bir fürsət vermək istəyi yoxdur.

 

Gununsesi.info