Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Gununsesi.info-nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 21-i, saat 13:30-da Füzuli rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərdən biri, 2002-ci il təvəllüdlü yaralının vəziyyəti orta ağır qiymətləndirilir və hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
1992-ci, 2003-cü il təvəllüdlü şəxslərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində KIA və “Mercedes” markalı avtomobillər toqquşub.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, qəza zamanı rayonun Bala Bəhmənli kənd sakini Kübra Oruc qızı Niyazova və Böyük Bəhmənli kənd sakini Cavid Koroğlu oğlu Mirzəyev, habelə Beyləqan rayonunun Birinci Şahsevən kənd sakinləri, Fərid Fəxri oğlu Əmirzadə və Füzuli Sədrəddin oğlu İbrahimov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











