Azərbaycan neftinin bahalaşması davam edir

  • By Admin08
  • 26 Sentyabr 2025 10:01

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,29 ABŞ dolları və ya 0,4% artaraq 72,43 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,14 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Gununsesi.info