Paşinyan Tramp marşrutundan danışdı

  • By Ayshan
  • 21 Noyabr 2025 20:17

“TRIPP İrəvan və Astana arasında iqtisadi əməkdaşlığı artıracaq”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Tramp Marşrutu İrəvan və Astana arasında əməkdaşlığın iqtisadi potensialını artıracaq.

“Bu gün biz artıq “Tramp Marşrutu” layihəsi üzərində işləyirik. İnanıram ki, bu layihə Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eləcə də həm Ermənistanın, həm də Qazaxıstanın ixrac potensialını artıracaq. Qazaxıstan bu layihəyə ən yüksək səviyyədə maraq göstərir. Bu layihə, əlbəttə ki, dəmir yolu rabitəsindən, boru kəmərlərindən, elektrik xətlərindən, kabellərdən, eləcə də Ermənistan və Azərbaycanın bir-birinə təqdim etməyə hazır olduğu  yol-nəqliyyat infrastrukturundan ibarət olacaq”. (globalinfo.az)

Gununsesi.info