“15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi”.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda 15 İyul – Demokratiya və Milli Birlik Gününün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.
Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay sahibi dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır:
“Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm”.
Səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb:
“Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik”.













