Şəmkirdə iki avtomobil toqquşdu - Ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun İrmaşlı kənd sakini 1992-ci il təvəllüdlü Vüsal Rüstəmlinin idarə etdiyi “VAZ-2110” və Şiştəpə kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hüseynovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2110″un sürücüsü ölüb, sərnişini 2020-ci il təvəllüdlü Adəm Rüstəmli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info