Azərbaycan Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısına hazır olacaqmı?

  • By admin
  • 06 Oktyabr 2025 10:35

Avropa Siyasi Birliyinin Danimarkada təşkil olunan 7-ci Zirvə toplantısı geridə qaldı.

Azərbaycan prezidentinin bu sammitə qatılması ölkəmizin xarici siyasətdə Avropa və Avroatlantik məkana inteqrasiya kursuna sadiqliyi məsələsini bir daha gündəmə gətirmiş oldu. 

Baxmayaraq ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin Avropa və Avro-Atlantik strukturlara inteqrasiya kursu rəsmən bəyan edilib.

Amma ötən illər ərzində işğala məruz qalan ölkə kimi ədalətsizliklə üzləşməyimiz- İşğalçı ölkə ilə işğala məruz qalan ölkəyə eyni münasibət, həmçinin Azərbaycan hökumətinin insan haqları və demokratiyaya dair Avropadan gələn tələbləri qulaqardına vurması bu prosesi faktiki dayandırmışdı.

Artıq Azərbaycan özünün suverenliyini tam təmin edib. Ölkəmizin başçısı son prezident seçkilərində nəticələri heç bir mübahisə doğurmayan seçkilərlə növbəti dəfə prezident olub.

Son 2-3 il ərzində Rusiyanın da Azərbaycana qarşı təxribatları   Moskvanın rəsmi Bakı üçün heç bir zaman müttəfiq olmayacağını bir daha nümayiş etdirdi.

Hətta bu qarşıdurma olmasa belə Azərbaycan rəhbərliyi anlayır ki, Ukrayna ilə müharibədə iqtisadiyyatı çökmüş Rusiyanın Azərbaycana verə biləcəyi mənfəət yoxdur.

Azərbaycan üçün neft dönəmi başa çatlır.

Qarşıda ölkə iqtisadiyyatı üçün ciddi problemlər gözlənilir.

Təbii ki, cərimələri artırmaqla, yeni cərimə növləri fikirləşməklə  iqtisadiyyatı ayaqda saxlamaq olmaz.

Belə bir şəraitdə Azərbaycanın Avropadan başqa yolu yoxdur. Bu yol isə həqiqi demokratik islahatlardan keçir.

 

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan prezidenti xalqın dəstəyini almış liderdir. Ona görə jurnalistləri, siyasi fəalları həsbxanada saxlamağın yeri də yoxdur.

Bu insanların azadlığa çıxması hakimiyyət üçün heç bir təhlükə vəd etmir.

 

Bugün Azərbaycan ölkədə insan haqlarının durumuna görə Avropa Şurasına üzv dövlətlər içərisində Türkiyədən sonra ən çox tənqid olunan dövlətdir.

Ölkəmizdə məhkəmə-hüquq islahatları üçün Avropa İttifaqı, Avropa Şurası tətəfindən on milyonlarla vəsait xərclənsə də bu sahədə vəziyyət getdikcə pisləşib.

 

Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı gələn il Ermənistanda keçiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl AŞ PA tribunasından inamlı çıxışı qarşıdakı illərdə bu ölkənin Avropaya daha da güclü inteqrasiya edəcəyinə dair fikirləri əminləşdirib.

Qarşıda zamanımız var.

Yerigəlmişkən, Avropa Siyasi Birliyinin 9-ci zirvə toplantısının Azərbaycanda keçiriləcəyi bildirilir. Azərbaycan 2028-ci ili gözləmədən bütün siyasi məhbusları azad etməli, məhkəmə-hüquq sisteminin vəziyyətini dəyişməlidir.

İlin başa çatmasına az zaman qalır.

Yanvarda AŞ PA üzv ölkələrin dedputat qruplarının mandatını növbəti  1 il üçün təsdiqləyəcək.

Ona görə də bu ilin sonuya kimi siyasi məhbusların bir qismi azadlığa buraxılmalıdır ki, deputat qrupumuzun mandatı da təsdiqlənsin.

 

Həmçinin, hökumət beynəlxalq hüquq müdafiə təşkilatları ilə əməkdaşlığa da başlamalıdır.

 

Bunlar bizə güclü Azərbaycan üçün lazımdır.

Bunlar bizə postneft dönəmində  sərmayə cəlb etmək üçün lazımdır.

 

Pərviz Həşimli

Gununsesi.info