Si Cinpinlə bağlı iddia

  • By Admin2
  • 04 Fevral 2026 16:40

Son illərdə Çin sədri Si Cinpində ifrat paranoya əlamətlərinin müşahidə olunduğu iddia edilir.

Gununsei.info “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının analitikləri bu qənaətə gəliblər.

Kəşfiyyat xidmətinin nümayəndələri Çin Xalq Azadlıq Ordusunun rəhbərliyindəki son təmizləmə dalğasını, o cümlədən Çin Mərkəzi Hərbi Şurasının sədr müavini, Si Cinpinin yaxın silahdaşı hesab edilən Çjan Yusyaya, eləcə də Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi Lyu Çjenliyə qarşı cinayət işlərinin açılmasını bununla izah edirlər.

Nəşr qeyd edir ki, baş verənlər Vaşinqtondakı məmurlar və analitiklər arasında narahatlıq yaradıb. Məlumata görə, ABŞ rəhbərliyi üçün Si Cinpini belə ciddi addım atmağa vadar edən səbəbi anlamaq son dərəcə vacibdir, çünki Çinin hərəkətləri dünyadakı siyasi və iqtisadi vəziyyətə böyük təsir göstərir.

Qeyd edək ki, Çjan Yusyaya və Lyu Çjenliyə qarşı istintaqın başlandığı yanvarın sonunda məlum olub. Çinin Müdafiə Nazirliyində vurğulayıblar ki, hər iki yüksəkrütbəli hərbçi “intizamın və qanunun ciddi şəkildə pozulmasında” şübhəli bilinir. Çjan Yusyanın milli nüvə silahı yaratma proqramı haqqında məlumatları ABŞ-yə ötürməkdə ittiham olunduğu ilə bağlı iddialar da var.

Gununsei.info