Simonyan sabah Moskvada olacaq

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 4 fevralda Rusiyaya yola düşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətinin məlumatında bildirilib.

Ermənistan Parlamentinin nümayəndə heyəti 4-7 fevral tarixlərində Rusiya paytaxtında olacaq.

Nümayəndə heyətinə hakim partiyadan olan parlament üzvləri Sisak Qabrielyan, Vaqarşak Hakobyan və Hasmik Hakobyan daxildir.

 

Gununsesi.info