Son zamanlar Avropada yaşayaraq Azərbaycan hakmiyyətini hədəf alan “söyüşcül mühacirlər”in Baş Prokurorluq tərəfindən rəsmi qaydada istintaqa çağırılması və sonradan onlar barəsində qiyabi hökm çıxarılması cəmiyyətdə müxtəlif müzakirələrə və suallara səbəb olub.
Hətta bu qərara görə hökumətə ironiya edənlər “Onsuz da Avropa onları verməyəcək, hökumət bunu bilə-bilə niyə bu addıma gedir” deyə suallar səsləndirir.
Ancaq məsələnin əsl mahiyyətinə varanda Baş Prokurorluğun prosessual addımlarının səbəbi aydın olur.
Sirr deyil ki, Azərbaycan hakimiyyətinə qarşı söyüş üsuluyla mübarizə aparanların bir neçəsi xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb.
Azərbaycanın Ermənistanı məğlub edərək öz ərazi bütövlüyünü təmin etməsiylə bu şəxslərin bəzilərinin istifadə müddəti də bitmiş oldu.
Həmin xüsusi xidmət orqanları da bu şəxslərin iradəsiz və kiçik məbləğlərə görə öv dövlətini satmasını açıq görür və hesab edir ki, başqa bir casuzluq fəaliyyətinə cəlb olunanda onlarla əməkdaşlığının detallarını da açıqlayacaqlar.
Belə bir məqamda həmin şəxslərin “aradan götürülməsi” xüsusi xidmət orqanları praktikasında yaşanan haldır.
Burada həm də “bir güllə ilə iki dövşan vurulması” məsələsi ortaya çıxır.
Həmin şəxs öldürülür və bunu Azərbaycan hakimiyyətinin addımı kimi qələmə verirlər.
Necə ki, Vidadi İsgəndərlinin qətlindən sonra belə hal müşahidə olundu.
Halbuki, Fransada aparılan istintaq araşdırmalarında Vidadi İsgəndərlinin onunla qonşu qalan hicablı xanımlara “hicab taxırsınızsa, Fransada nə işiniz var, gedin öz dövlətinizdə yaşayın” deyə hər dəfə replika atması versiyasını da araşdırırdı.
İran və Rusiyanın da Azərbaycanı “vurmaq” üçün bu şəxslərə sui-qəsd planı hər zaman realdır.
Belə məqamda Azərbaycan Baş Prokurorluğu həmin şəxslərə qarşı prosessual addımları atmaqla nümayiş etdirir ki, biz hüquqi müstəvində onları cəzalandırırıq.
Təbii ki, bu ittihamların mühacirlərin bəzilərinə qarşı nə dərəcədə qanuni olub-olmaması başqa müzakirənin mövzusudur.













