Türkiyədə məşhurlar saxlanıldı

Aralarında İrem Derici, Hadisə, Simge Sağın və digər məşhurlar var.

İstanbul İl Jandarma Komandanlığı Narkotiklərlə Mübarizə Şöbəsi İrem Derici, Mert Yazıcıoğlu, Hadisə, Demet Evqar və Simge Sağın da olduğu məşhurlara qarşı narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat həyata keçirib.

Gununsesi.info xəbər verir ki, İstanbul Prokurorluğunun göstərişi ilə İl Jandarma Komandanlığının Narkotiklə Mübarizə Şöbəsinin qrupları məşhur simalara qarşı narkotik əməliyyatı keçirib. Əməliyyat siyahısına 19 nəfər daxildir. Şübhəlilər ifadə vermək və qan nümunələri götürmək üçün İl Jandarma Komandirliyinə aparılıb.

“Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Akd Yazıcıoğlu, Mert Akd Yazıcıoğlu, Metin Özülep Özüçin Aral Kəskin, Ziynet Sali”.

Onu da qeyd edək ki, Dilan və Engin Polat da  bu məsələ ilə bağlı saxlanılıb.