
“Sərgidə deputatlara yaltaqlanan adamlara baxıram, dəhşətə gəlirəm”.
Gununsesi.info bildirir ki, bunu yazıçı Kəramət Böyükçöl Bakıda təşkil olunan kitab sərgisi zamanı müşahidələrinə əsasən yazıb.
Yazıçı daha sonra əlavə edib:
Əvvala, heç kimə yaltaqlanmayın. İkincisi, yaltaqlanırsınızsa da, heç olmasa normal bir adama yaltaqlanın. Deputat nədir ki, ona yaltaqlanırsız? Deputatın özü yaltaqlanmağa adam axtarır.