Ukrayna 5 milyard dollarlıq silah alacaq - Rutte

Ukrayna ilin sonuna qədər PURL proqramı çərçivəsində 5 milyard dollar dəyərində silah alacaq.

Gununsesi.info xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Avropa ölkələri son illərdə əhəmiyyətli töhfələr veriblər, lakin yalnız ABŞ-ın təmin edə biləcəyi müəyyən imkanlar var”, – Rutte bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq hər ay 1 milyard dollarlıq silah alır.

 

Gununsesi.info