ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı yenilənmiş sülh planını açıqlayıb.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, plan 4 sənəddən ibarətdir:
– Ukrayna, Rusiya, ABŞ və AB arasında saziş (20 bənd)
– Ukrayna üçün çərçivə təhlükəsizlik təminatları (3 bənd)
– ABŞ-ın NATO qarşısında öhdəliyi (4 bənd)
– Rusiya və ABŞ arasında saziş (12 bənd).
Planın əsas müddəaları:
– Bütün imza atanlar Rusiyanın Krım, Luqansk və Donetsk vilayətləri üzərində nəzarətini tanıyırlar.
– Bu ərazilərin statusu yalnız diplomatik yolla dəyişdirilə bilər, güc yolu ilə deyil.
– Donetsk vilayətinin 30 faizi bufer zona olacaq. Həm Rusiya Silahlı Qüvvələri, həm də Ukrayna Silahlı Qüvvələri buffer zonanın sərhədlərindən kənarda yerləşəcək.
– Zaporojye və Xerson vilayətləri mövcud cəbhə xətti ilə saxlanılır.
– Rusiya yuxarıda qeyd olunan beş bölgə istisna olmaqla, işğal olunmuş digər ərazilərdən geri çəkilir.
– ABŞ tərəfindən idarə olunan Zaporojye AES-in yenidən işə salınması təklif olunur və Ukrayna elektrik enerjisinin 50%-ni alır.
– Ukraynanın NATO-ya qoşulmaması tələbi yoxdur, amma ABŞ NATO-nun genişlənməyəcəyinə zəmanət verir.
– Ukraynanın yalnız 800 min nəfərlik ordu saxlamasına icazə verilir.
– NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təmin edilir.
– Ukraynada seçkilər sülh sazişi imzalandıqdan 100 gün sonra deyil, tezliklə keçirilməlidir.
Bəs maraqlıdır, planın əsas müddəaları olan, xüsusilə Krım, Luqansk və Donetsk vilayətlərinin statusunun tanınması Ukrayna cəmiyyətində və hökumətində hansı reaksiyaya səbəb ola bilər?
Qarışıq məqamlar çoxdur. Məsələn, Ukrayna hökuməti üçün bu, suverenliyə birbaşa təhdid sayılır. Rəsmi Kiyev Krımın və şərqi Donbasın Rusiyanın işğal etdiyi ərazilər olduğunu qəbul etmir. Belə bir tanınma planı Ukrayna hökuməti tərəfindən “qırmızı xətt” kimi qiymətləndirilə bilər və qanunverici orqanlarda ciddi siyasi müzakirələrə səbəb olar. Hökumətin siyasətçiləri, xüsusilə prezident və xarici işlər naziri, bu müddəanı diplomatik uğursuzluq kimi qiymətləndirə bilər və sazişi imzalamaqdan imtina etmə ehtimalı yüksəkdir.
Böyük ehtimal, Ukrayna cəmiyyətində bu addım etiraz dalğası doğura bilər. Xüsusilə Donbas və Krım məsələsi Ukrayna milli kimliyinin və vətənpərvərlik hissinin simvoludur.
Yəni bu cür tanınma planı Ukrayna ictimaiyyətində həm siyasi böhran, həm də hökumətə etimadın azalmasına gətirib çıxara bilər.
Əgər belə bir müddəa qəbul olunarsa, Ukraynanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri gərginləşə bilər. Bu, ölkənin Qərbə inteqrasiya strategiyasına zərbə vurur. Rusiya üçün isə bu müddəa diplomatik qələbə sayılır; Moskva uzun illərdir bu ərazilərin “Rusiyanın bir hissəsi” olduğunu irəli sürür.
Prosesin necə yekunlaşacağı isə hələlik məlum deyil.
Orxan
Gununsesi.info












