Ukraynaya 20 milyard avro yardım ediləcək

32-ci Rammstein görüşündən sonra Ukraynanın müttəfiq ölkələri 2026-cı ildə Kiyevə təxminən 20 milyard avro dəstək ayırmaq barədə razılığa gəliblər. 

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal bunu 16 dekabrda keçirilən onlayn görüşdən sonra açıqlayıb.

Almaniya gələn il Ukraynaya əsasən hava hücumundan müdafiə sistemləri, dronlar və artilleriya mərmiləri üçün 11,5 milyard avro ayırmağı öhdəsinə götürüb. Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 684 milyon avroya bərabər olan təxminən 600 milyon funt sterlinq yardım edəcək. Norveç təxminən 7 milyard dollar (5,96 milyard avro), Niderland isə dronlar üçün 700 milyon avro yardım edəcək.

Estoniya, Latviya və Litva birlikdə təxminən 500 milyon avro,  Danimarka -250 milyon avro, Lüksemburq -100 milyon avro, Kanada-18,5 milyon avro həcmində Ukryanaya yardım edəcəklərini açıqlayıblar.

Gununsesi.info