Zelenski ABŞ ordusunun katibi ilə görüşəcək

  • By Ayshan
  • 20 Noyabr 2025 20:16

Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti vəziyyəti öyrənmək və münaqişəyə son qoymaq üçün Kiyevə səfər edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbəyə istinadən məlumat yayıb.

Görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun da iştirakı gözlənilir.

Politico əvvəllər ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corcun da Kiyevə gələcəyini yazıb. etdiyini bildirmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiya tərəfinin Driskolun Kiyevə səfərindən sonra onunla əlaqə saxlamağı planlaşdırmadığını açıqlayıb.

Gununsesi.info