Kamran Əliyev üçün özəl gün - BAŞ PROKURORUN 60 İLLİYİNƏ SÖZARDI

  • By admin
  • 18 Noyabr 2025 12:24

Bu gün Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin 60 illik yubileyidir.

 

Həyatının uzun illərini prokurorluq orqanlarında xidmətdə keçirən Kamran Əliyev cəmiyyətdə  daha çox Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etdiyi dövrdə  tanındı. 

 

Müasir Azərbaycanda yeni dövrün tələbinə uyğun olaraq bu qurumun formalaşmasında və fəaliyyətinin uğurlu olmasında Kamran Əliyevin müstəsna rolu danılmazdır.

Baxmayaraq ki, həmin dövrdə Zakir Qaralov kimi rüşvətxor bir şəxs ölkənin prokurorluq orqanlarına rəhbərlik edirdi.

Amma Kamran Əliyev bu bataqlığın içərisində prokuror şərəfini özünün təmiz  fəaliyyəti ilə qoruya bildi. 

Məhz buna görə də ölkə başçısının etimadını qazandı və bir müddət sonra o, Baş Prokurorun müavini statusuna qaldırıldı .

Kamran Əliyev Azərbaycanda rəhbər vəzifə tutanlar  arasında azsaylı adamlardandır ki, onun adı rüşvətdə, hansısa çoxmilyonluq bizneslərdə keçmir.

Olduqca intelektual  qabiliyyətə  malik olan Kamran Əliyev Baş Prokuror kimi də bu orqandakı islahatlara öz tövhəsini verib.

Yüksək hüquqi biliyi, ingilis dilini mükəmməl bilməsi Kamran Əliyevin üstünlüyüdür.

Bugün Azərbaycanın hansısa bir rayonuna prokuror təyin edilən şəxslərin əksəriyyəti hansısa məmurun, yaxud da hansısa holdinq rəhbərinin övladı deyil.

Kamran Əliyev savadlı gənclərin özü arxası olub.

Xüsusilə, prokurorluq orqanlarına qəbul prosesinin şəffaflaşdırılması, savadlı, amma imkansız gənclərin bu orqanda xidmətə qəbulu da Kamran Əliyevin bu qurumda apardığı  islahatlarının nəticəsidir.

Kamran Əliyevin bir çox  yüksək vəzifəli şəxslərdən bir fərqi də var.

Prezident tapşırığına uyğun olaraq onun keçirdiyi vətəndaş qəbulu statistikaya hesablanmır.

Bir çox hallarda nazirlər vətəndaş qəbulu adıyla getdikləri bölgədə öz işçiləri ilə görüşüb, Admnistrasiyaya  formal hesabat yollayırlar.

Amma Kamran Əliyev hər bölgədə yüzlərlə vətəndaş qəbul edir, onları şəxsən dinləyir. Haqsızlığa, ədalətsizliyə məruz qalan insanlarla birbaşa ünsiyyətdə olmaq, müvafiq göstərişlər verməklə  vətəndaşın dövlətə olan etibarını bərkidir.

Bütün yuxarıda olan bu müsbət məqamlarla yanaşı, onu da xüsusi vurğulamaq istərdim ki, prosessual istintaqa nəzarəti həyata keçirən prokurorluq jurnalistlər, ictimai-siyasi fəallarla bağlı qurama işlərdə də qanunçuluğa riayət edilməsinə xüsusi həssaslıq nümayiş etdirməlidir. 

İnanırıq ki, özünün Qarabağ kimi problemini həll edən Azərbaycan dövləti qarşıdakı mərhələdə güclü məhkəmə-hüquq sisteminin yaradılmasına nail olacaq.

Bu işdə prokurorluğun və Kamran Əliyevin də üzərinə ciddi məsuliyyət düşür.

 

Hörmətli, Baş Prokurorumuza bu yolda uğurlar arzu edirəm.

Doğum gününüz mübarək, cənab Baş Prokuror!

 

 

Pərviz Həşimli

Gununsesi.info