Zelenski Vuçiçlə danışdı

  • By Ayshan
  • 05 Noyabr 2025 21:33

Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandr Vuçiçlə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna lideri bu barədə “Telegram” kanalında məlumat verib.

Siyasətçinin sözlərinə görə, o və Serbiya lideri iki ölkənin “Avropa inteqrasiyasını əsaslı şəkildə müzakirə ediblər”.

“Bir-birimizə kömək edə biləcəyimiz sahələr var. Biz həmçinin regional təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ölkələrimiz buna eyni dərəcədə maraq göstərir və biz birlikdə çalışacağıq”, – deyə Zelenski yazıb.