close
2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

COP29-da təkadamlı etiraz aksiyası

Noyabrın 18-də COP29-da “yaşıl zonada” təkadamlı etiraz aksiyası keçirilib. Aksiyanı COP29-da texniki işçi olan İsmayıl Cəfərsoy keçirib.

O bildirib ki, 500-dən çox işçinin hüquqları pozulur, əmək haqları ödənilmir. Onun sözlərinə görə, noyabr ayı üçün qəbul edilmiş işçilərə gündə 20 manat ödəniş vəd edilmişdi.

“Hələ verilib veriləyəcəyi bilinmir. Bir gün işləyib bir gün evdəyik və evdə olduğumuz günə görə bizə maaş ödənilməyəcəyini deyirlər. Halbuki, əvvəl belə demirdilər. 500 işçinin çoxu tələbədir. Onların hüquqları pozulur”, deyə Cəfərsoy bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, o, COP29-un təhlükəsizlik əməkdaşları tərəfinddən zaldan uzaqlaşdırılıb, akkreditasiyası ləğv edilib və artıq konfransda işləyə bilməyəcək.

COP29 təşkilatçılarından şərh almaq mümkün olmayıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button