Xeberler | En Son Xeberler | Son Xeberler - az24saat.org
  • Əsas Səhifə
  • Xəbərlər
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Sosial
    • Dünya
    • ÖLKƏ
    • Manşet
    • Sağlam Həyat
    • BİZİM TƏRCÜMƏ
  • Eng
  • Rus
  • Tur
  • De
  • Arm
  • Zho
No Result
View All Result

Home Xəbərlər Siyasət

Gürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq

23/10/2023
in Siyasət
0
Gürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq
97
SHARES
746
VIEWS
Share on FacebookShare on Twitter

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri artıq İrandadır

Oktyabrın 23-də Tehranda keçiriləcək “3+3” formatlı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya Federasiyası və Türkiyə) görüşünə Gürcüstan qatılmayacaq.

Dünən Gürcüstan Xarici İşlər Nazirliyindən yerli jurnalistlərə bildirilib ki, Tbilisi heç vaxt bu format çərçivəsində görüşlərdə iştirak etməyib:

“Rusiya Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarana qədər ölkə bu mövqeyə sadiq qalacaq”.

Rusiyanın xarici işlər naziri S.Lavrov daha əvvəl qeyd edib ki, məsləhətləşmələrin iştirakçıları Tbilisi üçün qapıları açıq saxlayır.

Rusiya-Gürcüstan. Foto: Novikov Aleksey/shutterstock

Nazir bu formatı “çox perspektivli və tələbatlıdır” deyə adlandırıb və əlavə edib ki, bəzən gələcəkdə Transqafqazda sabit regional təhlükəsizlik sistemini görmək istəməyən xarici oyunçuların dağıdıcı müdaxiləsini istisna etmək vacibdir:

“Onlar bu proseslərə təsir etməyə çalışırlar. Qərb artıq yeni formalaşmağa başlayan bu strukturu sarsıtmaq üçün fəal şəkildə çalışır”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına getdiyi bildirilir. Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin yaydığı məlumatda qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Rusiyanın və Ermənistanın xarici işlər nazirlərinin də İrana getdiyi təsdiqlənib.
“Abşeron küləyi” bloqunun müəllifi “Kavkaz-uzel”ə bildirib ki, Gürcüstanın görüşə qatılmaması bu formatı “3+3” yox, “2+3” adlandırmağa əsas verir:

“Əlbəttə, görüşün baş tutması yaxşı xəbərdir. Ancaq ilk görüşdə heç nə olmayacaq. Sadəcə, tərəflər iddialarını təkrarlayacaq və gözəl çıxışlarla bağlayacaqlar. Bununla belə, məsafə saxlamaqdansa, görüşmək daha yaxşıdır”.

Oktyabrın 11-də Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı Meydan TV-yə açıqlamasında Ermənistanın da “3+3” formatında iştirakını formal saymışdı:

“Azərbaycan Avrasiya İttifaqında formal iştirakçı olduğu kimi, Ermənistan da “3+3” formatına o cür münasibət sərgiləyəcək. Çünki Ermənistan Rusiyadan qopmaq, Qərbə inteqrasiya yolunu tutub. Sadəcə, indiki mərhələdə bütün “körpüləri yandırmaq” istəmirlər. Eyni zamanda, Yerevan KTMT-nin toplantılarına qatılmır, nümayəndə də təyin etmir”.

Ermənistan və Gürcüstan. Foto: Fly Of Swallow Studio/shutterstock

“Nəhayət, artıq Qarabağ problemi də yoxdur, Ermənistan bu yükü üzərindən atıb. Gürcüstan da iştirak etməyəcək, ona görə “3+3” yox, “3+1″ alınır, çünki Ermənistanın da iştirakı formaldır. İndiki mərhələdə bu formatın perspektivi görünmür”, – politoloq qeyd etmişdi.

“3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də bu regionun ən yaxın üç qonşusunun – Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur.

Formatın ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, Gürcüstan iclasda iştirakdan imtina edib.

Meydan.tv

Bunlar da xoşunuza gələcək

Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub

Türkiyə-Azərbaycan birgə təlimində komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar

Azərbaycanda TDT ölkələrinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Previous Post

Ultra-pravoslavlar İsrailin müharibə səylərini dəstəkləyirlər. Bu belədir

Next Post

Rusiya məhkəməsi amerikalı jurnalistin həbs müddətini dekabrın 5-dək uzadıb

Bənzər Xəbərlər

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub

by 24 saat
23/10/2023
0

Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub."Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Türkiyə-Azərbaycan birgə təlimində komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar

by 24 saat
23/10/2023
0

Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk-2023" təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələri dəf edərək şərti...

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azərbaycanda TDT ölkələrinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

by 24 saat
23/10/2023
0

Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci görüşü keçiriləcək."Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı...

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

by 24 saat
23/10/2023
0

İvanişvili ilə Zurabişvili qarşıdurmasında Rusiya amili və ya şəxsi qisas? “JAMnews”un materialı Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment proseduru ətrafındakı siyasi...

Next Post
Rusiya məhkəməsi amerikalı jurnalistin həbs müddətini dekabrın 5-dək uzadıb

Rusiya məhkəməsi amerikalı jurnalistin həbs müddətini dekabrın 5-dək uzadıb

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

Please login to join discussion

Son Xəbərlər

Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub

23/10/2023
İsrailin ən cənub şəhəri evakuasiya edilən israilliləri “çadır şəhərciyinə” yerləşdirməyə hazırdır

İsrailin ən cənub şəhəri evakuasiya edilən israilliləri “çadır şəhərciyinə” yerləşdirməyə hazırdır

23/10/2023
Dəmir Qübbə, İsrailin ən yaxşı müdafiəsi, əhalini qorumaq üçün çox işləyir

Dəmir Qübbə, İsrailin ən yaxşı müdafiəsi, əhalini qorumaq üçün çox işləyir

23/10/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Türkiyə-Azərbaycan birgə təlimində komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar

23/10/2023
'Frayed': Dini sionizm parçalanırmı?  - baxış-icmal

‘Frayed’: Dini sionizm parçalanırmı? – baxış-icmal

23/10/2023
Elçin Xəlilov: “Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb”

Azərbaycanda TDT ölkələrinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

23/10/2023
Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

23/10/2023
Rusiya məhkəməsi amerikalı jurnalistin həbs müddətini dekabrın 5-dək uzadıb

Rusiya məhkəməsi amerikalı jurnalistin həbs müddətini dekabrın 5-dək uzadıb

23/10/2023
Gürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq

Gürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq

23/10/2023
Ultra-pravoslavlar İsrailin müharibə səylərini dəstəkləyirlər.  Bu belədir

Ultra-pravoslavlar İsrailin müharibə səylərini dəstəkləyirlər. Bu belədir

23/10/2023
Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ Bütün növ saytların yığılması - EMBLEM.AZ
Facebook Twitter Pinterest Instagram Youtube Telegram RSS
xəbərlər, son xəbərlər, ən son xəbərlər, xeberler, son xeberler, en son xeberler, 24 saat, az24saat.org, 24saat.org

Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org və ya az24saat.org saytına istinad edin…

24saat.org və az24saat.org saytı Mətbuat Şurası və Media Klubunun üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!

Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov)

Telefon: +994552669250

Categories

  • SAYTDAN İSTİFADƏ QAYDALARI, GİZLİLİK SİYASƏTİ VƏ TƏHLÜKƏSİZLİK
  • Bizimlə əlaqə

Tags

)NASİA 24 saat 24 saat xeberler AMERS ASIA ASXPAC BACT biz bu günün xəbərləri. butun xeberler CEEU CISC CMPNY COM CWP DIP dünya EMRG en son xeberler EUROP EZC FİN Gen INTAG medialine.az xeberleri MTPIX NAMER NEWS1 POL PUBL QHT xeberleri resmi xeberler RU Rusiya son xeber son xeber az son xeberler TMT TOPCMB TOPNWS UA US WEU xeberler xeberler bu gun

© 2017-2023 24 saat – Saytı Emblem.az hazırlayıb.