Mikayıl Cabbarov: "Özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib"

2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib.
Toplum TVxəbər verir ki, bu barədə fevralın 15-də iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib
Onun sözlərinə görə, 2019-cu ildə təşviq əsaslı vergi siyasətinin icrasına başlananda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı.
“5 il ərzində aparılan işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb”, – “Report” nazirdən sitat gətirib.
Bu gün həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli məlumat verib ki, ötən il dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib. Onun sözlərinə görə, bu, əvvəlcədən proqnozlaşdırılan rəqəmdən 1,1 milyard manat çoxdur.