Meydan TV indi icma dəstəyinə həmişəkindən daha çox ehtiyac duyur. 7 əməkdaşımız həbs edildi. Bu, Qafqazda ən böyük auditoriyaya malik müstəqil media platforması üçün böyük zərbədir. Bununla belə, Meydan TV fəaliyyətini axsatmamaq, Azərbaycanda hər kəs üçün platforma olmaq missiyasını davam etdirmək niyyətindədir. Bunun üçün bütün izləyicilərin, xaricdə yaşayan, ölkədə demokratiyanın vəziyyətindən narahat olan hər kəsin maddi dəstəyinə ehtiyacımız var:
Bankla (EUR)
Hesab sahibi:
Vereinigung für die Demokratie e. V.
IBAN:
DE81 4306 0967 1113 8232 00
SWIFT kodu:
GENODEM1GLS
Kartla | Paypalla
Kartla, Paypalla və ya bank köçürməsi vasitəsilə birdəfəlik və ya aylıq ianə ilə bizə dəstək olun. İanə ilə bağlı sualınız varsa, iane@meydan.tv ünvanına yaza bilərsiniz.
Meydan TV illərdir müstəqil media fəaliyyətinə görə hədəfdə olub: 10 il öncə başlayan cinayət işi, saytın bloklanması, sonda əməkdaşların həbsi. Amma bunların heç biri bizim vətəndaş kimi azad informasiyaya çıxış haqqımız qarşısında əngəl olmamalıdır. Meydan TV bütün müasir texnoloji vasitələrdən istifadə edəcək ki, informasiya blokadasını yarsın, izləyicilərinə tərəfsiz, balanslı xəbərlər çatdırsın. Vətəndaş jurnalistikasını stimullaşdırmaq üçün müxtəlif layihələr həyata keçirmək fikrindəyik. Maddi dəstəyiniz bu yolda bizim üçün əvəzsiz kömək olacaq!
İndi Meydan TV və digər müstəqil media kanalları “xaricdən maliyyələşmə” ittihamı ilə üzləşir. Meydan TV demokratiyaya, söz və ifadə azadlığına dəstək olan beynəlxalq fondlarla əməkdaşlıq etdiyini heç vaxt inkar etməyib, bunu gizlətmək ehtiyacı hiss etməyib. Əminliklə deyə bilərik ki, heç vaxt, heç bir formada bu əməkdaşlıq qarşı tərəfin yaratdığımız məzmuna müdaxiləsi ilə nəticələnməyib. Meydan TV yaratdığı istənilən məhsulu sadəcə jurnalistikanın ən təməl prinsiplərinə əsaslanaraq hazırlayıb!
Üstəlik, Meydan TV minlərlə azərbaycanlının səsini eşitdirə biləcəyi nadir platformalardan biri kimi çıxış edib. İnsanların haqsızlığa məruz qalanda xatırladıqları ilk ünvan olmağı qürurla davam etdirmək üçün maddi dəstəyinizə ehtiyacımız var!
Meydan TV fəaliyyətində heç bir zaman “sifariş”, “manipulyasiya” kimi jurnalistikaya zidd elementlərə yer verməyib. Azərbaycanda korrupsiya, rüşvət, ailə hakimiyyəti, polis zorakılığı, məmur özbaşınalığı, məhkəmə ədalətsizliyi, azadlıqların boğulması kimi utancverici halları işıqlandırmaq – xarici dairələrin sifarişi deyil, azad medianın ən çətin şərtlərdə qürurlu davranışıdır. Meydan TV-nin həbs edilən əməkdaşları da bu gün 4 divar arxasından yazdıqları məktublarda bu fəaliyyəti davam etdirməyi bizdən tələb edirlər. Bunun üçün maddi dəstəyiniz vacibdir!
Demokratiya qlobal bir prosesdən lokal haqq davasına çevrilir. Artıq hər icma öz demokratik dəyərlərini özü qorumalı, ayaqda saxlamalı və ya yaratmalıdır. Başqa sözlə, indi hər kəs öz meydanını qorumaqdan özü məsuldur. Artıq böyük dövlətlər açıq şəkildə demokratiya yerinə iqtisadi münasibətləri seçirlər. Bu isə avtoritar rejimlərin olduğu ölkələrdə azad media fəaliyyətinə ağır təhdid yaradır. Biz bu təhdidi aradan qaldırmaq üçün icma dəstəkli fondlaşmaya keçid etmək niyyətindəyik və bu yolda istənilən təklifə, müzakirəyə, dəstəyə açığıq! Meydanla meydanda qalın!
Bu, təkcə ianə deyil, həm də sosial məsuliyyətdir!