Beynəlxalq reytinq agentlikləri bankın reytinqini aşağı saldı
Azərbaycan Beynəlxalq Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra Fitch və Moody’s beynəlxalq reytinq agentlikləri bankın reytinqlərinə yenidən baxıb. Bankdan Fins.az-a verilən məlumata görə, Fitch bankın reytinqini ССС səviyyəsində elan edib. Moody’s isə Banka Caa3 reytinqini verib.
Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib:
“Bu normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır”.
Oxunub: 1208