ABŞ prezidentı Donald Tramp Rusiyanın xarici işlər nazirinə özünü İslam Dövləti (İD) adlandıran qruplaşma haqqında yüksək məxfi məlumatlar aşkarlayıb, mənbələr ABŞ mətbuatına bildirib.
Məlumatı ABŞ tərəfdaşı verib və o, Rusiya ilə paylaşmağa icazə verməyib, Washington Post yazır.
Cənab Tramp ötən həftə Oval ofisdə Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Rəsmilər kütləvi informasiya vasitələrinin yaydığı məlumatı təkzib edib, amma cənab Trampın aid olduğu Respublikaçılar partiyasının yüksək rütbəli üzvü izahat verilməsini istəyib.
Tramp kampaniyasının Rusiya ilə əlaqələrinin olması və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi barədə iddialar bir neçə araşdırmanın tərkib hissəsidir.
Lakin prezident bu cür ittihamları qəbul etməyib və onları “saxta xəbərlər” adlandırıb.
Seçki kampaniyası zamanı, cənab Tramp demokrat rəqibi Hillari Klinton-u dəfələrlə “həssas materialları tənzimləyə bilmədiyi üçün” tənqid edib.
Nə baş verib?
ABŞ prezidenti Oval ofisdə Rusiya xarici işlər naziri və Rusiya səfiri Sergey Kislyakla söhbət zamanı informasiya mənbəyinin kimliyini aşkara çıxara biləcək detallar açıqlayıb, rəsmilər Washington Post və New York Times-a deyiblər.
Müzakirələr İD-lə bağlı olub və ABŞ prezidentinin “ssenaridən kənara çıxdığı” bildirilir.
Qəzetlər yazır ki, kəşfiyyat məlumatı ABŞ müttəfiqi tərəfindən verilib və informasiya digər ABŞ müttəfiqləri ilə bölüşmək üçün “həssas hesab edilib”.
Donald Trampın Rusiya nümayəndələri ilə görüşü Trampın FTB direktoru Jeyms Komeyi vəzifəsindən azad etməsindən sonra baş tutub.
Cənab Komey Tramp kampaniyası rəsmilərinin Rusiya ilə əlaqələri və Moskvanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları araşdırırdı.
Görüşdə Rusiyalı fotoqraf iştirak etsə də, ABŞ mediası bura buraxılmayıb.
Senatın ikinci yüksək vəzifəli demokratı Dik Durbin deyib ki, cənab Trump-ın hərəkətləri “təhlükəli” və “düşüncəsiz” görünür.
Senatın Xarici Əlaqələr Komitəsinin respublikaçı rəhbəri Bob Bob Corker bildirib ki, hadisə doğrudursa “çox narahatvericidir”.
Ağ Ev nə deyir?
Milli Təhlükəsizlik Müşaviri HR McMaster jurnalistlərə bildirib ki, yazılan xəbərlər “yalandır”.
Dövlət Katibi Reks Tillerson bəyənat yayaraq bildirib ki, ” (Görüşdə) konkret təhlükələrin xarakteri müzakirə olunub, lakin onlar (Tramp, Lavrov və Kislyak) mənbələri, metodları və ya hərbi əməliyyatları müzakirə etməyib”.
BBC
Oxunub: 394