ABŞ prezidenti Donald Tramp vә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın Ağ Evdәki görüşündәn sonra görüş haqqında mәlumatlar ortaya çıxıb. Mәtbuata ortaq verilәn açıqlama zamanı Әrdoğanın YPG vә PYD-ni terror tәşkilatı kimi tәqdim etmәsini tәrcümәçinin tәhrif etmәsi diqqәt çәkib. Әrdoğanın “xüsusi ilә YPG-PYD terror tәşkilatının hәr hansı ölkә tәrәfindәn tәrәf kimi qәbul olunması terrorla beynәlxalq mübarizә memorondumuna uyğun deyil” fikrini tәrcümәçi ” bölgәdә YPG-PYD-nin tәrәf kimi diqqәtә alınması qәbul edilә bilmәz vә bu bizim razılaşmamıza uyğun deyil” formasında tәrcümә edib.
Azadliq.info
Oxunub: 672