İqtisadçı-ekspert Nemət Əliyev feysbuk hesabında MDB Statistika Komitəsinin məlumatlarını paylaşıb. Həmin məlumatı təqdim edirik:
“Ümumi Daxili Məhsul göstəricisinin tempinə görə Azərbaycan MDB dövlətləri sırasında ən axırıncı yerə düşüb. Bahalaşma səviyyəsinə görə isə MDB-də birinci yerə qalxmışıq.
MDB Statistika Komitəsinin bu ilin birinci rübünə dair açıqladığı məlumatlardan belə məlum olub. Sənaye istehsalının tempinə görə Qazaxıstan 5,8%, Rusiya 0,1%, Belarus 4,3%, Qırğızıstan 35,9%, Tacikistan 19,4% müsbət trend nümayiş etdirib. Hətta Ermənistan sənaye istehsalını birinci rübdə 16,2% artıra bilib. Azərbaycan isə… Təəssüf ki, Azərbaycan sənayesi 6,8% tənəzzülə uğrayıb…”
Oxunub: 436