Braziliyada etirazçılar Kənd Təsərrüfatı Nazirliyinin binasını yandırıblar. Bu barədə BBC məlumat yayıb. Məlumata görə, nazirliklə yanaşı, bir neçə hökumət idarəsinin binasına da xətər yetirilib.
Küçlərə 35 min etirazçı çıxıb. Onlar prezident Mişel Temerin istefasını, yeni seçkilərin keçirilməsini və planlaşdırılan iqtisadi islahatların ləğvini tələb edirlər.
Paytaxt polisi nümayişlərlə bağlı gücləndirilmiş iş rejiminə keçib.
Gültəkin
Oxunub: 186