AXCP fəalı “Bütün siyasi məhbuslara azadlıq!” şüarı qaldırdı; polis onu saxladı
Əli Kərimli: “Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək”
Bu gün Bakının mәrkәzindә siyasi mәhbuslara azadlıq tәlәbi ilә təkadamlıq aksiya keçirilib. AXCP fәalı Füzuli Hüseynov 28 May metrostansiyası qarşısında üzәrindә “Bütün siyasi mәhbuslara azadlıq” şüarı yazılmış plakat qaldıraraq, ölkәdә siyasi mәhbus probleminә diqqәt çәkib. Polislәr aksiyadan narahat olub vә F.Hüseynovu saxlayıb.
Şahidlər bildirir ki, təkadamlıq aksiya bir neçə dəqiqə çəkib. Sonra əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib F.Hüseynovu özləri ilə aparıblar.
Baş verənlərə AXCP sədri Əli Kərimli “facebook” səhifəsində dərhal münasibət bildirb:
“Dostlar, paylaşın, Fizuli bəyin aksiyası daha da effektli olsun! Hay-küy salmaqlarına baxmayın, hakimiyyət o qədər zəifdir ki, tək bir vətəndaşın etiraz aksiyasından da qorxuya düşür. Təkbaşına etiraz aksiyası keçirib, bütün siyasi məhbuslara azadlıq tələb edən bu şəxs partiyamızın fəalı Fizuli Hüseynovdur. Bir nəfərin səssiz piketinə də dözməyiblər. Fizuli bəyi polislər saxlayıb. Ölkəni cəsur vətəndaşlarımızın təşəbbüskarlığı xilas edəcək. Fizuli bəyin tələbinə biz də qoşulaq, bütün siyasi məhbuslara və Fizuli bəyin özünə azadlıq tələb edək”.
F.Hüseynovun bu aksiyası sosial şəbəkədə geniş yayılıb və ona çoxlu sayda dəstək ifadə olunub. Bir müddətdən sonra bəlli olub ki, F.Hüseynov Nəsimi Rayon Polis İdarəsində dindirilir.
F.Hüseynov təxminən saat 19 radələrində sosial şəbəkədə artıq sərbəst buraxıldığı və evində olduğu barədə qeyd paylaşıb, aksiyasından və saxlanmasından dolayı ona dəstək olanlara minnətdarlığını çatdırıb.
azadliq.info
Oxunub: 944